Bakı zooparkına qoyun gətiriləcək


Digərləri 10 Okt 2017 20:11:23 332 0

Bakı zooparkına qoyun gətiriləcək

Bakı Zooloji Parkına yeni heyvanlar gətirilib.

Bakı. Elçin Mehdiyev - Bakı Zooloji Parkına yeni heyvanlar gətirilib. Bu barədə Trend-ə Parkın direktoru Azər Hüseynov deyib. O qeyd edib ki, Bakı Zooloji Parkının Daşkənd Zooloji Parkı ilə müqaviləsi əsasında bu yaxınlarda Heyvanat Parkına bir lama, bir yallı qoyun (Afrika faunasına aid), bir çəhrayı qutan, bir quzğun və bir iri yapalaq gətirilib. A.Hüseynov həmçinin qeyd edib ki, Moskva Zooparkı ilə də razılaşma əldə olunub. Onun sözlərinə görə, Moskva Zooparkından da Bakı zooparkına iki dağ keçisi, bir şah ilan, bir cüt dekorativ ördək və bir cüt dekorativ qırqovul göndəriləcək. A.Hüseynov qeyd edib ki, hazırda heyvanların Bakıya göndərilməsi üçün hazırlıq işləri görülür.