ADGTTnın kollektivi festivalda uğurla çıxış etdi


Kriminal 10 Okt 2017 19:24:00 418 0

ADGTTnın kollektivi festivalda uğurla çıxış etdi

Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasının Elista şəhərində (Kalmıkiya Respublikası) keçirilən "Keyeda" uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalında iştirak edib. Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və Kalmıkiya Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 1-dən 5-ə dək keçirilən Beynəlxalq Festivalda ölkəmiz ADGTT-nın hazırladığı A.Şaiqin "Tıq-tıq xanım" tamaşası ilə təmsil olunub.

Son.az bildirir ki, kollektiv festivaldan diplomlar və fəxri fərmanlarla geri dönüb. ADGTT-nın festivalda iştirak edən heyəti aktiv iştirakına, yüksək peşəkarlıq və yeniyetmələrlə peşəkar ünsiyyətə görə Elista şəhərinin Təhsil İdarəsinin Fəxri fərmanı, gənc nəslin təlim tərbiyəsində milli dəyərlərin yüksək səviyyədə qorunması və teatr sənətinin estetikasının düzgün çatdırılmasına görə Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqının diplomuna layiq görülüb.

Festivalda nümayiş olunan A.Şaiqin "Tıq-tıq" tamaşası xüsusi diploma layiq görülüb.


Xəbərə aid fotolar