Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi təsdiq edilib


Siyasət 10 Okt 2017 19:25:00 389 0

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi təsdiq edilib

Prezident İlham Əliyev "Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fərmanda qeyd edilir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyinə tapşırılır ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.