Azərbaycanın müdafiə naziri Belarusun hərbi təyinatlı vasitələri ilə tanış olub


Siyasət 10 Okt 2017 19:05:31 339 0

Azərbaycanın müdafiə naziri Belarusun hərbi təyinatlı vasitələri ilə tanış olub

Zakir Həsənova müəssisədə hazırlanan vasitələr təqdim edilib

Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarus hərbi-sənaye kompleksinin elmi-istehsalat müəssisəsində olub.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənova müəssisədə hazırlanan və istehsal edilən hava hücumundan müdafiə vasitələri, eləcə də qoşunların idarə olunmasında ixtisaslaşan müxtəlif təyinatlı digər vasitələr təqdim edilib.