Çimərlikdə siqaret çəkməyi qadağan etdilər Tailandda


Dünya 10 Okt 2017 19:18:00 1361 0

Çimərlikdə siqaret çəkməyi qadağan etdilər  Tailandda

Tailand hökuməti 20 turistik çimərlik bölgəsində siqaret çəkilməsini qadağan edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, qadağa noyabr ayından etibarən qüvvəyə minəcək.

Qərarın verilməsinə səbəb olaraq, siqaret kötüklərinin ətraf mühitə ziyan vurması göstərilib. Bir müddət əvvəl Phuket adasındakı Patonq çimərliyində aparılan yoxlamalarda bölgənin siqaret kötükləri ilə zibilləndiyi aşkar edilib.

Qeyd olunur ki, qadağa Andaman dənizi və Siam körfəzi sahillərindəki çimərliklərə şamil ediləcək.