Qaxda FACİƏ: Gənc oğlan doğum günündə öldü


Digərləri 10 Okt 2017 18:58:00 355 0

Qaxda FACİƏ: Gənc oğlan doğum günündə öldü

Bu gün Qax rayonunda elektrik cərəyanının vuraraq öldürdüyü gənclə bağlı bəzi təfərrüat məlum olub. 

Son.az report.az-a istinadən bildirir ki, Qax şəhər sakini, 1990-cı il təvəllüdlü Zakir Fikrət oğlu Əhmədov yaşadığı evin həyətində santexnik işləri görərkən ehtiyatsızlığın qurbanı olub.

Belə ki, Z.Əhmədov həyətdə plastmas boruları yapışdıran ütüdən istifadə edib işini yekunlaşdırarkən ehtiyatsızlıq edib. O, bir-neçə yerdən zədəli olan uzadıcı naqilin açıq hissəsinə əllə toxunub. Nəticədə yer nəm olduğundan elektrik cərəyanı onu vuraraq öldürüb.