Uels millisinin üzvləri baş məşqçi ilə görüşüb


İdman 10 Okt 2017 18:31:00 354 0

Uels millisinin üzvləri baş məşqçi ilə görüşüb

Uels millisinin lideri Qaret Beyl və bir neçə əsas heyət üzvü baş məşqçi Kris Koulmanla görüşüb.

Goal.az "Sky Sports"a istinadən xəbər verir ki, futbolçular məşqçini işini davam etdirməyə çağırıb. Uels DÇ-2018-in seçmə mərhələsində son qrup matçında İrlandiyaya uduzaraq mundial şanslarını itirib. Qeyd edək ki, Koluman britaniyalıları AVRO-2016-nın yarımfinalına çıxarmışdı.