Azərbaycanın müdafiə naziri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb


Siyasət 10 Okt 2017 18:23:00 347 0

Azərbaycanın müdafiə naziri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

Tərəflər ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə hərbi, hərbi-texniki sahədə əməkdaşlığı müzakirə ediblər

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Minsk şəhərində Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasla görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.  

Tərəflər ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə hərbi, hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edib, sıx qarşılıqlı əlaqələrin genişləndirilməsinin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.