Azərbaycan nümayəndə heyəti Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransında iştirak edir (FOTO)


Digərləri 10 Okt 2017 18:12:00 228 0

Azərbaycan nümayəndə heyəti Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransında iştirak edir (FOTO)

Argentinanın Buenos-Ayres şəhərində Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransı (WTDC) öz işinə başlayıb.

Bakı. Argentinanın Buenos-Ayres şəhərində Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransı (WTDC) öz işinə başlayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, konfransda Azərbaycandan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə nümayəndə heyəti, ölkəmizin Argentinadakı səfiri Rəşad Aslanov və səfirliyin 1-ci katibi Rəşad Səfərov da iştirak edir. Tədbirin açılışı mərasimində Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Guetteresin video mesaji səslənib. Daha sonra Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Hulin Cao, Argentinanın Nazirlər Kabinetinin rəhbəri Markos Pena, Vatikanın Argentinadakı rəsmi nümayəndəsi və Argentinanın Modernləşdirmə naziri çıxış ediblər. Konfrans çərçivəsində dünya miqyasında telekommunikasiya sahəsində tənzimləmə mexanizmlərinin, qaydalarının təkmilləşdirilməsini, xüsusən də Davamlı İnkişaf Məqsədlərinin reallaşdırılmasını sürətləndirəcək yeni qərarların qəbul edilməsi gözlənilir. Azərbaycan da Regional Rabitə Birliyi ilə əməkdaşlıq çərçivəsində hazırlanmış 30 sənədə düzəliş layihələrinin hazırlanmasında iştirak edib və onların iclaslarda məruzə edilməsində fəallıq göstərəcək. Tədbirdə BTİ-nin aparıcı struktur bölməsi olan Telekommunikasiyanın İnkişafı Bürosunun 25 illiyi qeyd ediləcək. Maraqlıdır ki, 1994-cü ildə Telekommunikasiyanın İnkişafı Bürosunun ilk iclası da Argentinada keçirilib. Konfrans öz işini oktyabrın 20-dək davam etdirəcək.