Türkiyə baş nazirinin İraqa səfərinin tarixi açıqlanıb


Dünya 10 Okt 2017 18:01:00 300 0

Türkiyə baş nazirinin İraqa səfərinin tarixi açıqlanıb

Səfər zamanı İraqın Başika bölgəsində Türkiyə hərbçilərinin qalmasının vacibliyinin müzakirə ediləcəyi gözlənilir

Türkiyənin baş naziri Binəli Yıldırım cari həftənin sonu İraqa səfər edəcək.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu səfərin oktyabrın 15-də gerçəkləşəcəyi gözlənilir.

B.Yıldırım səfər çərçivəsində İraqın baş naziri Heydər əl-İbadi ilə görüşəcək. Hər iki rəsminin İraqın şimalında keçirilən “referendum”dan sonrakı vəziyyəti, Başika bölgəsində Türkiyə hərbçilərinin qalmasının vacibliyini müzakirə edəcəkləri gözlənilir.