Bu şəxslərə güzəştlər artırılır


Digərləri 10 Okt 2017 18:00:00 312 0

Bu şəxslərə güzəştlər artırılır

Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması müddətləri artırlır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Belə ki, təklif edilən dəyişikliyə əsasən, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.

Qeyd edək ki, hazırda Cinayət Məcəlləsində bu güzəşt səkkiz yaşına qədər uşağı olan şəxslərə şamil edilir. Düzəlişə əsasən isə səkkiz yaş on dörd yaşla əvəz edilir.