Bakıda kütləvi dava:


Digərləri 10 Okt 2017 17:52:00 328 0

Bakıda kütləvi dava:

Bakıda kütləvi dava-dalaş olub.

Son.az lent.az-a istinadən xəbər verir ki, Nizami rayonu ərazisində bir qrup şəxs arasında dava düşüb. Bu zaman 28 yaşlı Qərib Səfərov bıçaqlanıb. 33 yaşlı Ruslan Hüseynovun isə körpücük sümüyü sındırılıb. Onların ikisi də 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

İlkin araşdırma zamanı məlum olub ki, davada iştirak edən 4 nəfər qaçıb. Onların bəzilərinin kimliyi müəyyənləşdirilib.   Əməliyyat-axtarış tədbirləri davam etdirilir.