Baş kardioloq geomaqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ ETDİ


Digərləri 10 Okt 2017 17:37:00 364 0

Baş kardioloq geomaqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ ETDİ

"Geomaqnit qasırğası daha çox ürək-damar xəstəlikləri, arterial hipertenziya (təzyiqin yüksək olması), ikinci qrup şəkərli diabet xəstəliyi olan insanlara mənfi təsir edir".

Son.az xəbər verir ki, Azərbaycanın baş kardioloqu Faiq Quliyev report-a açıqlamasında bildirib ki, geomaqnit qasırğası zamanı həmin insanların xəstəliyi daha da üzə çıxır: "Bu zaman təzyiqin artması, şəkərin qalxıb-düşməsi halları müşahidə olunur. Yaşlı insanlar daha həssas olur. Gənc nəsildə həssaslıq göstəricisi zəifdir".

Mütəxəssis təbiət hadisəsi zamanı sadalanan xəstəliklərdən əziyyət çəkən insanların dərman qəbulunu dayandırmamağı məsləhət görüb.

O qeyd edib ki, təzyiq və şəkərli diabet xəstələri xəstəliklərinin göstəricilərini daim nəzarət altında saxlamalıdırlar: "Həmin xəstələr adi vaxtda bunu bir həftədən bir edirdilərsə, belə olanda gündəlik yoxlamalıdırlar. Yəni nəzarət məhz bu günlərdə artmalıdır. Lazım gələrsə, hətta dərmanın qəbul dozasını həm artırmaq, həm də azaltmaq mümkündür. Qasırğanın təsir müddəti bitdikdən sonra hər şey öz əvvəlki qaydasında olmalıdır".