Türkiyə baş nazirinin müavini ABŞ-a rəsmi səfərə gedib


Dünya 10 Okt 2017 17:21:50 338 0

Türkiyə baş nazirinin müavini ABŞ-a rəsmi səfərə gedib

Mehmet Şimşek: “ABŞ-la problemlərimizi dialoq yolu ilə həll edəcəyik”

Türkiyə baş nazirinin müavini Mehmet Şimşek qarşılıqlı viza ləğvi ilə bağlı yaranan mövcud böhrandan sonra ilk dəfə olaraq ABŞ-a rəsmi səfərə gedib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, M.Şimşek oktyabrın 10-da Dünya Bankının toplantısına qatılmaq üçün ABŞ-a uçub.

“ABŞ-la problemlərimizi dialoq yolu ilə həll edəcəyik”, - nazir "Twitter" səhifəsində yazıb.