Bakı Şəhəri üzrə Təhsil İdarəsi müəllim və valideynlərin müraciətinə baxacaq


Sosial 10 Okt 2017 17:24:00 386 0

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müəllim və valideynlərin müraciətinə baxacaq

Səyyar qəbul Bakıdakı 214 nömrəli tam orta məktəbdə təşkil olunacaq

Oktyabrın 13-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulunu keçirəcək.

Bu barədə "Report"a İdarədən məlumat verilib.

Məlumata görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 214 nömrəli tam orta məktəbdə (Ünvan: Ə.Əzimzadə küçəsi 18) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcəkdir.