"Məni vurub yola tulladı" Mikroavtobusun aşdığı dəhşətli qəzanın görüntüləri VİDEO FOTO


Digərləri 10 Okt 2017 17:22:00 333 0

"Məni vurub yola tulladı"  Mikroavtobusun aşdığı dəhşətli qəzanın görüntüləri  VİDEO  FOTO

Şamaxıda sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində mikroavtobus aşıb, yaralılar da var.

Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 127-ci kilometliyində, Şamaxının Meysəri kəndi ərazisində qeydə alınıb.

Şəki sakini, 60 yaşlı Məhəmmədiyyə Mustafayevin idarə etdiyi "Ford" markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn Şamaxı sakini Bayram Rəsulova məxsus "Mersedes" markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən mikroavtobus yoldan çıxaraq aşıb.

Hadisə zamanı mikroavtobusdakı sərnişinlər-Şəki sakinləri 31 yaşlı Günay Rəsulzadə, 21 yaşlı Nicat Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Vəzir Səfərov (sürücü): "Ağsu istiqamətindən Şamaxıya gedirdim. Sürətim 60-dan aşağı idi. Dönmə işığını yandırıb dönəndə yük maşını məni vurub yolun ortasına tulladı".


Xəbərə aid fotolar