Bakıda aptek sahibindən 15 nəfərin ruhuna hörmətsizlik FOTO


Digərləri 10 Okt 2017 17:25:00 436 0

Bakıda aptek sahibindən 15 nəfərin ruhuna hörmətsizlik  FOTO

Bakıda fəaliyyət göstərən "Qızılgül" aptekinin şəhərdə yerləşdirildiyi reklam lövhəsi sakinlərin narazılığına səbəb olub.

Son.az xəbər verir ki, paytaxt sakinləri baku.ws-yə həmin reklam lövhəsinin fotosunu göndəriblər.

Sakinləri narahat edən məsələ reklam lövhəsində 4-ü azyaşlı olmaqla 15 nəfərin ölümünə səbəb olan Binəqədidəki yanan binanın ünvan kimi göstərilməsidir.

Belə ki, reklam lövhəsində "Qızılgül" aptekinin ünvanı "yanan binanın yanı" deyə qeyd olunub.

Sakinlər bunu xoşagəlməz hal kimi qiymətləndirirlər və qeyd edirlər ki, 15 nəfərin ölümünə, onlarla insanın xəsarət almasına səbəb olan yanğın hadisənin baş verdiyi binanın reklam lövhəsinə yerləşdirilməsi qeyri etikdir.


Xəbərə aid fotolar