Qaz birjasının yaradılması planlaşdırılır


Digərləri 10 Okt 2017 17:16:00 256 0

Qaz birjasının yaradılması planlaşdırılır

Hindistan qazın istehlakının daha da artırılması və yaxın gələcəkdə istehsalçılardan istehlakçılara birbaşa satışın təşkil olunması üçün qaz birjasının yaradılmasını planlaşdırır

Bakı. Hindistan qazın istehlakının daha da artırılması və yaxın gələcəkdə istehsalçılardan istehlakçılara birbaşa satışın təşkil olunması üçün qaz birjasının yaradılmasını planlaşdırır. Trend-in məlumatına görə, bu barədə ölkənin neft və təbii qaz naziri Dharmendra Pradhan deyib. Nazir qeyd edib ki, hazırda Hindistanın enerji istehlakında qazın payı 6-7 faiz təşkil edir və ölkə gələcəkdə bərpa olunan enerji mənbələrindən istifadəyə üstünlük versə də, qaz enerji səbətinin tərkib hissəsi qalmaqda davam edəcək. Onun sözlərinə görə, Hindistan hökuməti bu mövzunu mütəxəssislərlə müzakirə edib. O əlavə edib: “Bu, qaz sektorunda növbəti böyük islahat olacaq”.