"Tottenham" futbolçusunun məvacibini 2 dəfə artırmağa hazırdır


İdman 10 Okt 2017 16:44:00 380 0

"Tottenham" futbolçusunun məvacibini 2 dəfə artırmağa hazırdır

"Tottenham" 21 yaşlı yarımmüdafiəçisi Harri Vinksə yeni müqavilə təklif etmək istəyir. Goal.az xəbər verir ki, London klubu onun məvacibini 2 dəfə artırıb həftədə 45 milyon avroya çatdırmaq fikrindədir. Vinks cari müqaviləyə fevralda imza atıb. Amma "mahmızlar" gənc futbolçunun çalışqanlığını mükafatlandırmaq qərarına gəlib.

Vink İngiltərə millisinə də dəvət alıb. O, Litva ilə oyunda (1:0) debüt edib. Bu mövsüm Premyer Liqada 5 oyuna çıxan havbek məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.