Dövlət Müstəqilliyi Gününə həsr olunmuş veloyürüş keçirilib (FOTO)


Digərləri 10 Okt 2017 16:48:00 252 0

Dövlət Müstəqilliyi Gününə həsr olunmuş veloyürüş keçirilib (FOTO)

18 Oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunmuş veloyürüş keçirilib.

Bakı. Biləsuvar rayon Gənclər və İdman İdarəsinin, YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunmuş veloyürüş keçirilib. Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, müxtəlif yaş qruplarından olan 100-dən artıq velosipedçinin iştirak etdiyi yürüş Biləsuvar şəhərinin girişindən start götürməklə Heydər Əliyev küçəsi boyunca davam edib. Veloyürüşdə fərqlənmiş iştirakçılar Biləsuvar rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının diplom və hədiyyələri ilə təltif ediliblər. Mükafatları rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov və Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev təqdim ediblər.