Müğənni atdan yıxıldı: qabırğaları əzildi


Digərləri 10 Okt 2017 16:35:00 334 0

Müğənni atdan yıxıldı: qabırğaları əzildi

Fox TV-də yayımlanan "Kalbimdeki Deniz" serialının baş rol aktyoru Kutsi çəkiliş zamanı atdan yıxılıb.

Son.az Milliyet-ə istinadən xəbər verir ki, "Mirat" (Kutsi) və "Deniz" (Özge) xarakterlərinin birlikdə at mindikləri səhnənin çəkilişi vaxtı Kutsinin mindiyi at onu yerə yıxıb.

Yıxıldıqdan qısa zaman sonra ayağa qalxan Kutsi hər ehtimala qarşı xəstəxanaya aparılıb.

Tomoqrafiya olunduqdan sonra Kutsinin qabırğalarında əzilmə aşkar edilib. İstirahətə ehtiyacı olan Kutsinin iki gündən sonra çəkilişlərə davam edə biləcəyi deyilir.