Azərbaycanın Yol Xəritəsi açıqlandı


Digərləri 10 Okt 2017 16:37:00 325 0

Azərbaycanın Yol Xəritəsi açıqlandı

Azərbaycanın hərtərəfli və dinamik inkişafı aparılan uğurlu siyasətin və həyata keçirilən islahatların nəticəsidir

.

Ölkənin yaxın və orta perspektivdə inkişafını bəlirləyəcək "Yol Xəritəsi"nin istiqamətlərinə, faktlara və rəqəmlərə nəzər salaq.

2017-ci ilin ötən doqquz ayı ərzində Azərbaycandan əldə edilmiş iqtisadi göstəricilər dinamik və hərtərəfli inkişafın göstəricisidir.

Qeyri-neft iqtisadiyyatı 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz artıb. Qeyri-neft iqtisadiyyatında müşahidə edilən artım son illərdə aparılmış məqsədyönlü siyasətin, uğurlu islahatların, iqtisadiyyatın şaxələndirilməsinin göstəricisidir.

Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir. Kənd təsərrüfatı 2,8 faiz artıb.

Azərbaycanın xarici ticarət dövriyyəsi 7 faiz artmış, ixrac idxalı böyük fərqlə üstələyir. Xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. İlin sonuna qədər bu rəqəm daha da artacaq.

Doqquz ayda Bakıda və bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib. 226 min yeni iş yeri yaradılıbdır ki, onlardan 171 mini daimidir.

Əsas infrastruktur layihələri uğurla icra edilibdir. Yeddi yüz kilometrdən çox içməli su xətti çəkilib, qazlaşdırma 93 faiz səviyyəsindədir.

50 min hektardan çox torpaqda meliorativ tədbirlər görülmüşdür, suvarma suyu təmin edilib. Qalan iki ay yarım ərzində daha 100 min ha torpaqlarda bütün işlər başa çatmalıdır.

Sosial infrastrukturla bağlı siyasət uğurla aparılır. Bu ilin əvvəlindən 100-ə yaxın məktəb, 27  tibb ocağı tikilib və təmir edilib.

İnfrastruktur layihələrinin uğurlu icrası ümumi iqtisadi inkişafa, regionların inkişafına təkan verir.

Neftdən və qazdan gələn gəlirlər insan kapitalına yönəldilib, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına istiqamətləndirilib.

Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq,  Azərbaycanın valyuta ehtiyatları artıb

Dünya bazarlarında neftin qiyməti aşağı səviyyədə olsa da, Azərbaycanın valyuta ehtiyatları 4.5 milyard dollar artaraq 42 milyard dollara çatıb.

Qənaətlə istifadə, düzgün investisiya proqramı valyuta ehtiyatlarını artırmağa imkan yaradır.

Azərbaycan iqtidarı ölkənin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünür.

İqtisadi imkanlar, o cümlədən valyuta ehtiyatları müstəqilliyin əsas şərtlərindən biridir.

Azərbaycan özünü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilib, müstəqil siyasət aparan ölkə kimi tanınır. Bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi,  iqtisadi müstəqillik amilləri xüsusi yer tutur.

Beynəlxalq arenada mövqeyi daha da möhkəmlənən Azərbaycan dünyada etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır.

Azərbaycanın xarici əlaqələri çoxşaxəlidir, bütün ölkələrlə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər qurulub.

Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır.

Azərbaycan Prezidenti rəsmi səfərlər, beynəlxalq tədbirlər, yüksək səviyyəli görüşlər zamanı xalqın milli maraqlarından çıxış edir, dövlətin həyata keçirdiyi siyasəti, ölkənin reallıqlarını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini dünya ictimaiyyətinə çatdırır.

Azərbaycan Prezidenti xarici ölkələrə 14 səfər etmiş, ondan çox dövlət və hökumət başçısı Azərbaycana gəlib.

Beynəlxalq arenada Azərbaycan böyük hörmətə və çox müsbət reputasiyaya malik olan bir ölkədir.

Ərazi bütövlüyünün bərpası əsas vəzifədir

Azərbaycanın ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq. Azərbaycanın ərazi bütövlüyünün bərpası əsas vəzifədir.

Ermənistanın müəyyən şərtlər irəli sürtməklə danışıqlara başlamaq cəhdi baş tutmadı. Bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir.

Ermənistanın isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri açıq etirafdır ki, döyüşdə onların Azərbaycan qarşısında duruş gətirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu göstərdi.

Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr gözləyir.

Azərbaycanın iştirak etdiyi və təşəbbüskarı olduğu qlobal enerji və nəqliyyat layihələri ölkəni gücləndirir, ona böyük mənfəət gətirir.

2017-ci il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq.

"Əsrin kontraktı"nın yeni şərtlərlə təzələnməsi və müddətinin uzadılması  tarixi hadisədir.

Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcək.

Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və Azərbaycana xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək.

"Cənub Qaz Dəhlizi" layihəsi uğurla icra olunur. "Şahdəniz-2" layihəsinin icrası 96 faiz səviyyəsindədir. Cənubi Qafqaz kəməri,  98 faiz səviyyəsində icra edilib. TANAP layihəsi 82 faiz, TAP layihəsi isə 53 faiz səviyyəsində icra olunub. 

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatıb. Yaxın vaxtlarda bu yolun rəsmi açılışı nəzərdə tutulur.

Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır. Bu layihələr ölkəyə böyük iqtisadi mənfəət, səmərə verir və  Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvidə rolu artır.

Bu gün Azərbaycanın iştirakı olmadan bu regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib.

2017-ci il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq.

Sahibkarlığın inkişafı təmin edilir. İnvestisiya təşviqi mexanizmi tam işə düşmüşdür. Bu istiqamət çərçivəsində ölkəmizə özəl sektor tərəfindən 1,7 milyard manat həcmində investisiya qoyuluşu təmin ediləcək.

İxracın təşviqi mexanizmi uğurla icra olunur.

Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan bu il iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə qalxıb və öz reytinqini daha da yaxşılaşdırır. Bu, böyük uğurdur, tarixi nailiyyətdir. 

Həm xarici investorlar, həm də yerli sahibkarlar tərəfindən Azərbaycanın gələcəyinə çox böyük inam var. Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulub. 

Azərbaycan uğurlu inkişafını davam etdirəcək və həmişə zirvələrdə olacaq

İlin sonunadək Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmalıdır.

Gələn ilin büdcəsi bu ilin büdcəsindən daha böyük olmalıdır.

Hazırda sahibkarlara verilən güzəştli kreditlərin tam həcmi əvvəllər verilmiş və qaytarılmış kreditlər hesabına təşkil edilir. İlin sonuna qədər nəzərdə tutulmuş kreditləşmə tam həcmdə təmin edilməlidir.

Rayonlararası və kənd yolları ilə bağlı il ərzində prezident tərəfindən çoxlu sərəncamlar verilmişdir, bu sərəncamların icrası turizmin inkişafını sürətləndirəcək.

Azərbaycanda bir dənə də təmirsiz və yaxşı vəziyyətdə olmayan kənd yolu qalmamalıdır.

Gələn il 100 min hektar s