Roma papasına qarşı təxribat?


Digərləri 10 Okt 2017 16:19:45 288 0

Roma papasına qarşı təxribat?

Roma papası I Fransiskin Vatikanda çıxışı zamanı səsgücləndiricilərdə nöqsan yaranıb.

Bakı. Orxan Nəbiyev - Roma papası I Fransiskin Vatikanda çıxışı zamanı səsgücləndiricilərdə nöqsan yaranıb. Trend-in məlumatına görə, papa çıxışına başlayarkən San Pyetro meydanına toplaşanlar bir müddət onun səsini eşitməyib. Meydandakı uğultudan səslə bağlı problem yarandığını anlayan I Fransisk çıxışını dayandırıb və problemin aradan qaldırılmasını gözləyib. Səsgücləndiricilər işə salındıqdan sonra Roma papası çıxışını yenidən başlayıb.