Avstraliya millisi DÇ-2018-in “pley-off” mərhələsinə vəsiqə qazanıb
Digərləri 10 Okt 2017 16:11:11 174 0
Suriya yığması əlavə vaxtda uduzub
Sidneydə baş tutan oyunun 6-cı dəqiqəsində hesabı qonaqların hücumçusu Umar əl-Suma açıb. Lakin 13-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Tim Kehill status-kvonu bərpa edib – 1:1. Malayziyada baş tutan ilk qarşılaşmada da anoloji hesab qeydə alındığı üçün cütün taleyi əlavə vaxtda həll olunub. Matçın 94-cü dəqiqəsində Mahmud əl-Mavas ikici sarı vərəqə alaraq, komandasını azlıqda qoyub. Əvəzində Kehill 109-cu dəqiqədə qələbə qolunu vurmağı bacarıb.
Avstraliya millisi “pley-off”da Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyası zonasında V raundda 4-cü yeri tutacaq komanda il üz-üzə gələcək. Hazırda bu mövqedə Panama yığması qərarlaşıb.
Qeyd edək ki, Avstraliya millisi indiyə qədər 4 dəfə (1974, 2006, 2010 və 2014) mundialda iştirak edib. Hazırda 17 komanda 2018-ci il dünya çempionatına vəsiqə qazanıb. Bunlar Rusiya, Belçika, Braziliya, Meksika, İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta Rika, Polşa, Serbiya və İslandiyadır.