"Xalq Bank kartı ilə odəniş qazanclıdır” lotereyasının 23-cü tirajı keçirilib


Digərləri 10 Okt 2017 16:04:00 301 0

"Xalq Bank kartı ilə odəniş qazanclıdır” lotereyasının 23-cü tirajı keçirilib

Oktyabr ayının 10-da "Xalq Bank kartı ilə ödəniş qazanclıdır!" lotereyasının 23-cü tirajı keçirilib.

Bakı. Oktyabr ayının 10-da "Xalq Bank kartı ilə ödəniş qazanclıdır!" lotereyasının 23-cü tirajı keçirilib. Bankdan Trend-ə verilən məlumata görə, 23-cü tirajın qalibləri – son həftə ərzində 30 bilet toplayan Rəsulova Sona Arif qızı, 18 biletlə Əzizov Əziz İmran oğlu və 17 biletlə Əzizov Zaur Fərhad oğlu Xalq Bank tərəfindən Cinema Plus kinoteatrlar şəbəkəsinə 2 nəfərlik dəvətnamə qazanıblar. Məlumat üçün bildirmək istərdik ki, cari ilin may ayının 1-dən 2018-ci ilin yanvar ayının 10-dək davam edəcək lotereyada ən azı 10 manat (və ya xarici valyutada ekvivalenti) məbləğdə nağdsız ödəniş edən Xalq Bank kartlarının sahibləri lotereyanın iştirakçısına çevrilirlər. Ödəniş Xalq Bankın POS-terminallarında həyata keçirilərsə 2 elektron bilet, digər bankların POS-terminallarında isə - 1 elektron biletə çevrilir. Elektron biletlərin sayı haqda məlumatı hər iştirakçı bankın http://www.xalqbank.az/az/online-services/orders/loto/ rəsmi internet səhifəsində ala bilər. Lotereyanın şərtlərinə görə hər həftə oynanılan tirajda həftə ərzində ən çox nağdsız ödəniş edən müştərilər “Cinema Plus” kinoteatrlarına biletlər, hər ay oynanılan tirajda isə lotereya proqramı vasitəsilə təsadüfi seçilmiş müştərilər “Sakit Göl” istirahət mərkəzinə istirahət kuponu və xarici ölkəyə səyahət üçün 500 manat dəyərində hədiyyə kuponu qazanacaq. Hər iştirakçı oynanılan mükafat növündən yalnız bir ədəd qazana bilər. Lotereyada Xalq Bankın bütün kartları iştirak edir. Lotereyanın 24-cü tirajı oktyabr ayınının 17-si keçiriləcək və bu tirajda "Cinema Plus" kinoteatrlarına biletlər oynanılacaq.