Trampın keçmiş və indiki arvadları çəkişirlər VİDEO FOTO


Digərləri 10 Okt 2017 15:52:00 313 0

Trampın keçmiş və indiki arvadları çəkişirlər  VİDEO  FOTO

Melania Trampın ofisi prezidentin birinci arvadı Ivana Trampın televiziyadakı zarafatına cavab olaraq fövqəladə bəyanatla çıxış edib.

Ivana Tramp zarafatla demişdi ki, o Trampın birinci arvadıdır və deməli həm də əsl birinci ledidir.

Ağ Evdən yayılan bəyanatda vurğulanır ki, burada yalnız bir birinci lediyə yer var.

Məqalədə deyilir ki, bu hadisə Trampın indiki və keçmiş arvadları arasında qısqanclıq zəminli çəkişmənin necə bir həddə çatdığını göstərir.

Son.az BBC-yə istinadən bildirir ki, Melania Trampın ofisinin yaydığı bəyanatda deyilir: "Xanım Tramp Ağ Evi Barron və Prezident üçün evə çevirib. O Vaşinqtonda yaşamağı xoşlayır və birinci ledi kimi öz tituluna ehtiram bəsləyir. O öz titulundan kitab satmaq üçün yox, uşaqlara kömək üçün istifadə etmək istəyir".

Birinci ledinin mətbuat katibi Stephanie Grisham təəssüflə bildirib ki, keçmiş arvadın dediklərinin heç bir əhəmiyyəti yoxdur və bu, diqqəti cəlb etmək üçün yaradılmış hay-küydən başqa bir şey deyil.

"The Telegraph" yazır ki, Melania Trampın Ağ Evə dərhal köçmək istəməməsi onun birinci ledi kimi bir roldan xoşlanmadığı barədə dedi-qodu yaratmışdı, amma indi Ağ Ev "potensial qəsbkarın ağzından vurub".

Bu bəyanatdan əvvəl Ivana Tramp ABC telekanalının Good Morning America proqramına müsahibə vermişdi.

O bu müsahibədə demişdi ki, o prezidentlə həftədə azı bir dəfə telefonla danışır, lakin qısqanclıq yaratmamaq üçün özü prezidentə birbaşa zəng etmir".

"Melania oradadır və mən bir növ qısqanclıq yaratmaq istəmirəm. Mən Trampın birinci arvadıyam. Deməli həm də birinci lediyəm, elə deyil?" - İvana gülərək demişdi.


Xəbərə aid video