Deputatın qardaşı oğlunun 42 min manatını mənimsəməkdə təqsirləndirilən direktorun məhkəməsi başlayıb


Sosial 10 Okt 2017 15:23:21 461 0

Deputatın qardaşı oğlunun 42 min manatını mənimsəməkdə təqsirləndirilən direktorun məhkəməsi başlayıb

Məhkəmənin baxış iclası oktyabrın 23-nə təyin edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Şamil Bədəlovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, 1969-cu il təvəllüdlü Şamil Aydın oğlu Bədəlov “Azital İnşaat” MMC şirkətinin direktoru vəzifəsində çalışıb. İttiham aktına əsasən, o, şirkətin 42 min manat pulunu mənimsəyib.

Ş.Bədəlov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Xatırladaq ki, “Azital İnşaat” MMC şirkəti Milli Məclisin deputatı Ağalar Vəliyevin qardaşı oğlu Ramin Vəliyevin adına təsis olunub. Deputat A.Vəliyev həmçinin “Azəraqrartikinti” ASC-nin rəhbəridir.