Şamaxıda ərarvad döyüldü FOTO


Digərləri 10 Okt 2017 15:13:00 426 0

Şamaxıda ərarvad döyüldü  FOTO

Şamaxı rayonunda kütləvi dava zamanı ər-arvad döyülüb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Çarhan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Qulam Səftərovla xırdabuynuzlu mal-qaranı kəndin ərazisində ortaran rayonun Şəhriyar qəsəbəsinin sakini Mehman Osmanov arasında mübahisə yaranıb. Səbəb isə həmin kəndin ərazisində başqa qəsəbə va ya kəndlərin sakinlərinə məxsus mal-qaranın otarılmasına kənd sakinlərinin qarşı çıxması olub. Buna görə də Çarhan kəndinin sakinləri orada heyvanları otaran çoban, rayonun Şəhriyar kənd sakini M.Osmanovdan mal-qaranı kəndin otlaq sahəsindən uzaqlaşdırmağı tələb ediblər. 

Daha sonra mübahisəyə qoşulan Çahran kəndinin üç nəfər sakini çobanın yaşadığı evə hücum edərək onu və həyat yoldaşını döyüblər. 


Xəbərə aid fotolar