Baş nazir: “Türkiyədə kimisə həbs etmək üçün ABŞ-ın icazəsi lazım deyil”


Dünya 10 Okt 2017 14:41:41 335 0

Baş nazir: “Türkiyədə kimisə həbs etmək üçün ABŞ-ın icazəsi lazım deyil”

Binəli Yıldırım: “ABŞ-ın Türkiyədəki diplomatik təmsilçiliklərinin əməkdaşlarına qarşı heç bir güzəşt olmayacaq”

“Türkiyə hüquq dövlətidir və ölkəmizdə kimisə həbs etmək üçün ABŞ-ın icazəsi lazım deyil”.

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki frakiyasının toplantısında ABŞ-ın viza sanksiyasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ABŞ-ın Türkiyədəki diplomatik təmsilçiliklərinin əməkdaşlarına qarşı heç bir güzəşt olmayacaq.

Qeyd edək ki, oktyabrın 4-də ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda şübhəli bilinərək tutulub. Ona qarşı Türkiyə Konstitusiyasının pozulması, casusluq fəaliyyəti və hakimiyyətin devrilməsinə cəhd maddələri üzrə cinayət işi açılıb.

ABŞ oktyabrın 8-də Türkiyə vətəndaşlarına viza verilməsi ilə bağlı məhdudiyyət tətbiq edib. Oktyabrın 10-da isə rəsmi Ankara uyğun addımı atıb.