Fransada aeroportlar iflic oldu


Dünya 10 Okt 2017 13:44:00 327 0

Fransada aeroportlar iflic oldu

Fransanın paytaxtı Parisdə və digər iri şəhərlərin hava limanlarında tətillə əlaqədar reyslərin üçdə bir hissəsi təxirə salınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, tətil Parisin Şarl de Qoll, Orli və Bove, eləcə də Lion, Nitsa, Marsel, Tuluza, Bordo və Nant şəhərlərinin hava limanlarının işinə təsir edib.

Qeyd edək ki, bu gün Fransada dövlət qulluqçularının - həkim, müəllim, mülki aviasiya işçilərin Fransa hökumətinin tədbirlərinə qarşı tətili keçirilir.