Pullman Bakı - AZFAR Business League çempionatının rəsmi tərəfdaşıdır (FOTO)


Digərləri 10 Okt 2017 13:26:00 368 0

Pullman Bakı - AZFAR Business League çempionatının rəsmi tərəfdaşıdır (FOTO)

Pullman Hotels & Resorts mehmanxanalar qrupunun Qafqazda yerləşən ilk mehmanxanası - Pullman Bakı 1 May 2017-ci ildən Azərbaycandə fəaliyyətə başlayıb.

Bakı. Pullman Hotels & Resorts mehmanxanalar qrupunun Qafqazda yerləşən ilk mehmanxanası - Pullman Bakı 1 May 2017-ci ildən Azərbaycandə fəaliyyətə başlayıb. Bakının tarixi rayonu Badamdarda yerləşən və 280 müasir və komfortlu otaqlar, Deluxe, Exclusive və Prezident növlü mənzillərdən ibarətdir. Mehmanxanamız həmçinin, biznes görüşlərinizin rahat keçməsi üçün 8 görüş zalı, Aralıq dənizinin ləzzətli təamlarını dada biləcəyiniz "Peppermill" restoranı, bar-restoran olan "CHILL"i təqdim edir. Qeyd edək ki, daxili və xarici hovuz, fitness studiya və dəbdəbəli müalicə otaqları olan Bakıda ən böyük spa mərkəzi məhz Pullma-da yerləşir. Bununla birgə şəhərdən uzağa çıxmadan gedə biləcəyiniz Akva Park, Konsert zalı, əyləncə mərkəzi olan Pullman Baku, həm biznes, həm də istirahət edən səyahətçilər üçün əla məkandır. Mehmanxana sizə unikal dizaynı və çevrilmə imkanı olan, möhtəşəm Qəbələ zalı, toy, təqdimatlar və yüksək səviyyəli digər tədbirlər üçün idealdır. Premium otellər brendi The Pullman əsasən, daim hərəkətdə olan, öz vaxtını qiymətləndirən, həytadan tam zöv almaq istəyi ilə yaşayan insanlar üçün nəzərdə tutulub. Belə nəsil insanlar üçün Pullman şəbəkəsi artıq dünyanın müxtəlif yerlərində, ən maraqlı turizm marşrutlarının və mühüm biznes sahələrinin kəsişməsində 117-dən çox mehmanxanaya ev sahibliyi edir. Şirkət sağlam həyat tərzinin təbliğinə xüsusi diqqət yetirir, idman həyatında fəal iştirak edir. Boşuna deyil ki, Accor mehmanxanalar zənciri, Bakıda olan nümayəndələrindən biri olan Pullman, ətraf mühitin qorunmasını dəstəkləyən və sağlam həyat tərzini təbliğ edən "planet 21" proqramını hazırladı. İdmanı cəmiyyətə birləşdirən, zənginləşdirən və yeni uğurlara cəlb edən bir vasitə hesab etmək çox vacibdir. "Azfar Business League" mini futbol turniri (ABL), mini-futbolun daha da inkişaf etdirilməsi və məhşurlaşması, ümumi ictimaiyyəti sistematik bədən tərbiyəsi və idmana cəlb etmək məqsədilə keçirilir. Azərbaycan şirkətləri arasında keçiriləcək mini-futbol üzrə “Biznes-liqa” korporativ turnirinə qeydiyyat davam edir. Belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfargroup" şirkətinin futbol meydanlarında keçiriləcək. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır. Çempionatda iştirak üçün yerlərin sayı məhduddur. Çempionatla bağlı ətraflı məlumatı təşkilatçının internet səhifəsi www.asep.az, eləcə də https://www.facebook.com/ASEPLLC/ səhifəsindən və ya +99412 4047339, +99450 2952129 nömrələri vasitəsilə əldə etmək olar. İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az, Dsport.az, ATV