Fransada aeroportlar iflic oldu - Səbəb tətil


Digərləri 10 Okt 2017 13:12:00 231 0

Fransada aeroportlar iflic oldu - Səbəb tətil

Fransanın paytaxtı Parisdə və digər iri şəhərlərin hava limanlarında tətillə əlaqədar reyslərin üçdə bir hissəsi təxirə salınıb

Bakı. Fransanın paytaxtı Parisdə və digər iri şəhərlərin hava limanlarında tətillə əlaqədar reyslərin üçdə bir hissəsi təxirə salınıb. Trend-in məlumatına görə, tətil Parisin Şarl de Qoll, Orli və Bove, eləcə də Lion, Nitsa, Marsel, Tuluza, Bordo və Nant şəhərlərinin hava limanlarının işinə təsir edib. Qeyd edək ki, bu gün Fransada dövlət qulluqçularının – həkim, müəllim, mülki aviasiya işçilərin Fransa hökumətinin tədbirlərinə qarşı tətili keçirilir. Tətil edənlər iş yerlərinin ixtisarına və müavinətlərin azaldılmasına etirazını bildirirlər.