Cəzaların humanistləşdirilməsi müzakirə olunacaq


Digərləri 10 Okt 2017 13:00:00 267 0

Cəzaların humanistləşdirilməsi müzakirə olunacaq

Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş Cinayət Məcəlləsinə cəzaların humanistləşdirilməsi üzrə əlavə və dəyişikliklər layihəsi plenar iclasa tövsiyə olunub.

Son.az APA-ya istinadən xəbər verir ki, layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.   Layihədə yeni cəza növünün - azadlığın məhdudlaşdırılması cəzasının tətbiq olunması, bəzi cəza növləri üzrə azadlıqdan məhrumetmənin maliyyə sanksiyaları ilə əvəzlənməsiylə birlikdə 300-dən çox dəyişiklik, o cümlədən 34 cinayət üzrə cəzanın müddətinin azaldılması təklif edilir.