Telman İsmayılovun “Praqa-AST” şirkəti də müflis elan edildi


Digərləri 10 Okt 2017 12:51:00 244 0

Telman İsmayılovun “Praqa-AST” şirkəti də müflis elan edildi

Moskvanın arbitraj məhkəməsi azərbaycanlı iş adamı Telman İsmayılova məxsus AST qrupuna daxil olan “Praqa-AST” şirkətini müflis elan edib

Bakı. Moskvanın Arbitraj Məhkəməsi azərbaycanlı iş adamı Telman İsmayılova məxsus AST qrupuna daxil olan “Praqa-AST” şirkətini müflis elan edib. Trend-in məlumatına görə, müflislik barədə hesabatın vaxtı gələn il marıtn 20-ə təyin edilib. Xatırladaq ki, “Praqa-AST”nin müşahidə altına alınması prosedurunu Arbitraj Məhkəməsi bu ilin aprelində “BM-Bank”ın müraciəti əsasında işə salmışdı. Qeyd olunur ki, T.İsmayılovun kreditorlar qarşısında 20 milyard rubla yaxın borc öhdəliyi var.