Rusiyanın "Su-24" bombardmançı təyyarəsi Suriyada qəzaya uğrayıb


Dünya 10 Okt 2017 11:58:34 312 0

Rusiyanın "Su-24" bombardmançı təyyarəsi Suriyada qəzaya uğrayıb

Təyyarə ekipajı katapult edə bilməyib və həlak olub

Rusiyanın "Su-24" bombardmançı təyyarəsi Suriyadakı Hmeyim hava limanından uçuşa qalxarkən qəzaya uğrayıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Rusiya Müdafiə Nazirliyindən qeyd ediblər ki, təyyarə ekipajı katapult edə bilməyib və ekipaj üzvlərinin hamısı həlak olub.