Çilidə 6,3 bal gücündə zəlzələ


Dünya 10 Okt 2017 11:49:00 369 0

Çilidə 6,3 bal gücündə zəlzələ

Çilinin şimalında güclü zəlzələ baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti yeraltı təkanların 6,3 bal gücündə olması barədə xəbər yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 06.32-də Putre yaşayış məntəqəsindən 36 kilometr cənub-qərbdə baş verib.

Zəlzələnin episentrinin 82,4 kilometr dərinlikdə qeydə alındığı bildirilib.