Arda Turan klubunu dəyişə bilər


İdman 10 Okt 2017 11:41:00 345 0

Arda Turan klubunu dəyişə bilər

"Barcelona"nın yarımmüdafiəçisi Arda turan qışda klubunu dəyişə bilər. Goal.az "As" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" 30 yaşlı havbekin transferi üçün danışıqlar aparır. Katalonların baş məşqçisi Ernesto Valverde Ardanın xidmətlərində maraqlı deyil. Futbolçunun özü isə Avropanın top liqalarında oynamaq istəyir və "Galatasaray"a qayıtmaq fikrində deyil. Onun "Barcelona" ilə 2019-cu ilin yayına kimi müqaviləsi var. Bu mövsüm Arda İspaniya Primerasında hələ meydana çıxmayıb.