Ermənistanda cəzaçəkmə müəssisəsinin rəisi rüşvətə görə həbs olunub


Dünya 10 Okt 2017 11:19:04 311 0

Ermənistanda cəzaçəkmə müəssisəsinin rəisi rüşvətə görə həbs olunub

Onunla yanaşı, müəssisənin əməliyyat üzrə rəisi, habelə rüşvət verən şəxs də saxlanılıb

Ermənistanın “Vanadzor” cəzaçəkmə müəssisəsinin rəisi Gevorq Mkrtçyan həbs olunub. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

G.Mkrtçyan məhbuslardan rüşvət almaqda ittiham olunur. Məlumata görə, o, xidməti vəzifəsindən sui-istifadə edərək, məhbuslardan davamlı olaraq rüşvət alırmış.

G.Mkrtçyanla yanaşı, müəssisənin əməliyyat üzrə rəisi, habelə əməliyyat zamanı rüşvət verən şəxs də saxlanılıb.