Özünü ekstrasens kimi təqdim edən Allan Çumak Moskvada vəfat edib
Dünya 10 Okt 2017 11:12:57 386 0
O, ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəlində televiziya senasları ilə SSRİ-nin ən məşhur ekstrasenslərindən birinə çevrilib
Özünü şəfaverici və ekstrasens adlandıran Allan Çumak ömrünün 83-cü ilində Moskvada vəfat edib.
"Report" xəbər verir ki, bu barədə ukraynalı jurnalist Dmitri Qordon məlumat verib.
Qeyd edək ki, A.Çumak ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəlində televiziya senasları ilə SSRİ-nin ən məşhur ekstrasenslərindən birinə çevrilib. O, teleseanslar zamanı bir söz demədən təkcə studiyada yox, həm də ekran qarşısında əyləşən tamaşaçıların müxtəlif substansiyalarını - su, kremlər, mazlar və s. əl hərəkətləri ilə "müsbət enerji ilə doldurardı".
Mənbə: report.az