Azərbaycanın hərbi gəmilərinin İrana səfəri başa çatıb - VİDEO


Siyasət 10 Okt 2017 10:59:31 336 0

Azərbaycanın hərbi gəmilərinin İrana səfəri başa çatıb - VİDEO

Dənizçilər oktyabrın 9-da axşam saatlarında Bakıya çatıblar

İrana dostluq səfərində olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Vətənə qayıdıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hər iki ölkənin bayrağının dalğalandığı İranın Ənzəli limanından hərbi orkestrin müşayiəti ilə yola salınan dənizçilər oktyabrın 9-da axşam saatlarında Bakıya çatıblar.