Azərbaycanda yeni medal təsis edilir


Siyasət 10 Okt 2017 11:02:45 330 0

Azərbaycanda yeni medal təsis edilir

"Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik olunacaq

Azərbaycanda “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis edilir.

“Report”un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliyə əsasən, “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis olunur.

Bu medalla vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri təltif ediləcəklər.