Komaya düşən qadın ayılanda bilmədiyi rus dilində danışmağa başladı VİDEO FOTO


Dünya 10 Okt 2017 10:36:00 350 0

Komaya düşən qadın ayılanda bilmədiyi rus dilində danışmağa başladı  VİDEO  FOTO

Türkiyənin Osmaniye rayonunda düşdüyü qəzadan sonra çatdırıldığı xəstəxanada 10 gün komada olan 27 yaşlı Hatice Tatlıer bir anda heç vaxt bilmədiyi rus dilində danışmağa başlayıb.

Son.az haberler-ə istinadən xəbər verir ki, Nevroloq Dr. Özgür Kaynak Hacıoğlu isə bunun çox nadir halda rast gəlinən olay olduğunu bildirib. Bəzi mütəxəssislər isə bunun xarici dil yox, aksent dəyişliyi olduğunu deyib.

Qeyd edək ki, gözəllik mərkəzi sahibi olan Hatice Tatlıer 4 ay öncə əyləşdiyi avtomobilin arxa qapısı ehtiyatsızlıqdan qəfil açılıb, o yıxılaraq başı asfalta çırpılıb.

Məhəmməd Vaqif


Xəbərə aid fotolar