Dağıstanda xüsusi əməliyyat zamanı iki silahlı məhv edilib


Dünya 10 Okt 2017 10:27:01 282 0

Dağıstanda xüsusi əməliyyat zamanı iki silahlı məhv edilib

Güc strukturları əməliyyat zamanı qanunsuz silahlı qruplaşmanın üzvlərini və onlarla əlbir olanları axtarır

Dağıstanda keçirilən antiterror əməliyyatı zamanı 2 silahlı öldürülüb. B

u barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Öz növbəsində, məlumatlı mənbə silahlıların şəxsiyyətinin hələ müəyyən edilmədiyini bildirib.

Güc strukturları əməliyyat zamanı qanunsuz silahlı qruplaşmanın üzvlərini və onlarla əlbir olanları axtarır.

Qeyd edək ki, Dağıstanın Şamil rayonunun inzibati sərhədləri daxilində oktyabrın 10-da xüsusi antiterror əməliyyatı rejimi tətbiq olunub.