Ağstafa sakini naməlum şəxs tərəfindən bıçaqlanıb


Sosial 10 Okt 2017 10:17:27 264 0

Ağstafa sakini naməlum şəxs tərəfindən bıçaqlanıb

Faktla bağlı araşdırma aparılır

 Ağstafa rayonunda yerli sakin bıçaqlanıb.

"Report"un qərb bürosunun məlumatına görə, hadisə rayonun Yoxarı Göycəli kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Kərimov Anar Cəmil oğlu naməlum şəxs tərəfindən mübahisə zəminində bıçaqlanıb. İki bıçaq yarası alan A.Kərimov xəstəxanaya yerləşdirilib, vəziyyəti arta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.