Kaliforniyada yanğınlar nəticəsində 100-dən çox adam itkin düşüb


Dünya 10 Okt 2017 09:48:09 302 0

Kaliforniyada yanğınlar nəticəsində 100-dən çox adam itkin düşüb

On iki yaralının vəziyyəti kritik olaraq qiymətləndirilir

Kaliforniyada təbiət yanğınlar nəticəsində 100-dən çox adam xəsarət alıb, xeyli insana tüstüdən zəhərləndiyinə görə tibbi yardım göstərilib. 

Bu barədə "Report" "San Francisco Chronicle" qəzetinə istinadən xəbər verir.

"St. Joseph Health" xəstəxanasının nümayəndəsi Vanessa Deqienin sözlərinə görə, 12 yaralının vəziyyəti kritik olaraq qiymətləndirilir.

Bundan əlavə, 100-dən çox adamın itkin düşdüyü qeyd edilib.

Xatırladaq ki, daha əvvəl Kaliforniya ştatında meşə yanğınları nəticəsində azı 10 nəfərin öldüyü barədə məlumat verilmişdi.