Qızıl 5 dollara yaxın bahalaşdı


Dünya 10 Okt 2017 09:20:00 367 0

Qızıl 5 dollara yaxın bahalaşdı

Amerika fond bazarında Dow Jones indeksi 0,06% - 22 761,07 bəndədək, S&P 500 0,18% - 2 544,73 bəndədək, NASDAQ isə 0,16% - 6 579,73 bəndədək ucuzlaşıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,20% - 7 507,89 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı isə 0,16% - 12 976,40 bəndədək, Fransa CAC-40-ı 0,11% - 5 365,83 bəndədək bahalaşıb.   COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 4,60 dollar artaraq 1 289,60 dolara, gümüş isə 0,10 dollar artaraq 17,08 dollara satılıb.