Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyətimiz Rusiyaya gedəcək


Digərləri 10 Okt 2017 09:20:00 226 0

Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyətimiz Rusiyaya gedəcək

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 10-dan 13-dək Belarusda rəsmi səfərdə olacaq.

Bakı. Elçin Mehdiyev – Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 10-dan 13-dək Belarusda rəsmi səfərdə olacaq. Trend-in məlumatına görə, bundan əlavə, oktyabrın 13-də O.Əsədovun başçılığı ilə nümayəndə heyətimiz MDB Parlament Assambleyasının (PA) Şura iclasında və Parlamentlərarası İttifaqın 137-ci Assambleyasında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.