Səudiyyə Ərəbistanına ballistik raket atıldı


Dünya 10 Okt 2017 09:13:00 330 0

Səudiyyə Ərəbistanına ballistik raket atıldı

Yəmən ərazisindən Səudiyyə Ərəbistanına ballistik raket atılıb.

Son.az-ın APA-ya istinadən verdiyi xəbər verir ki, raket Səudiyyə Ərəbistanının cənub-qərbindəki Cizan dairəsinə düşüb.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Rəsmi Ər-Riyaddan  yayılan məlumata dair hələ ki, şərh verilməyib.

Ballistik raketin Yəməndəki husi üsyançıları tərəfindən buraxıldığı ehtimal edilir. Bu ilin iyulunda Yəmən ərazisindən atılan raket Məkkə şəhəri ətrafında vurulub.