Samsung ilk əyilən displeyli smartfon satacaq


Digərləri 10 Okt 2017 08:59:00 310 0

Samsung ilk əyilən displeyli smartfon satacaq

Bu günlərdə "Samsung" korporasiyasının bölmə rəhbəri Kox Donq-cin (Koh Dong-jin) bildirib ki, şirkət ilk əyilən displeyli "Galaxy Note" smartfonunu 2018-ci ildə istehsal edəcək.

Son.az lent.az-a istinadən xəbər verir ki, qeyri-rəsmi olaraq "Samsung Galaxy X" adlanan smartfon "WiFi Alliance" (WFA) təşkilatında sertifikatlaşmadan keçib, "Bluetooth Special Interest Group" (SIG)məlumat bazasında görünüb, həmçinin Koreya Milli Agentliyindən (National Radio Research Agency NRRA) sertifikat alıb və SM-G888N0 model nömrəsinin alıb.

Yeni məlumatlara əsasən, yenilik 2018-ci ildə məhdud 100 min ədəd nüsxə ilə yalnız Cənubi Koreya ərazisində istehsal ediləcək. Mümkündür ki, smartfon dünya bazarına 2019-cu ildə çıxarılacaq.