Səudiyyə Ərəbistanı neft ixracını rekord həcmdə azaldacaq


Digərləri 10 Okt 2017 08:46:00 308 0

Səudiyyə Ərəbistanı neft ixracını rekord həcmdə azaldacaq

Səudiyyə hasilatın azaldılması üzrə sazişin digər üzvlərindən də analoji addımı gözləyir

Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət şirkəti OPEC-in qlobal neft ehtiyatlarının azaldılması üzrə təşəbbüsünə dəstək çərçivəsində noyabrda ixracı rekord dərəcədə - sutkada 7,15 milyon barel azaltmaq niyyətindədir.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyinə istinadən "Bloomberg" məlumat yayıb. Nazirlik qeyd edir ki, Səudiyyə hökuməti hasilatın azaldılması üzrə sazişin digər üzvlərindən də analoji addımı gözləyir.